"AZAL"ın yeni ildə ilk transferi

"AZAL"ın yeni ildə ilk transferi
13:32 4 Yanvar 2016
27 İdman
Ölkə mətbuatı
A- A+

AZAL futbol klubu yeni ildə ilk transferini gerçəkləşdirib.

Milli.Az report-a istinadən xəbər verir ki, "təyyarəçilər" Eltun Hüseynovla iki illik müqavilə bağlayıb. 23 yaşlı futbolçu mövsümün birinci yarısını "Zirə"də keçirib.

Qeyd edək ki, gənc müdafiəçi hələ yayda AZAL-a keçə bilərdi. Baş məşqçi Tərlan Əhmədov tərəfindən heyətə dəvət olunan və anlaşmaya imza atan E.Hüseynovun sənədlə bağlı problemləri olduğundan onun AZAL-a keçidi baş tutmamışdı. Sonradan gənc futbolçu "Bakı" ilə problemini həll edərək "Zirə"yə keçmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/395098.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR