Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Tribunası çökən stadionla bağlı RƏSMİ AÇIQLAMA

Tribunası çökən stadionla bağlı RƏSMİ AÇIQLAMA

Date: 4 January 2016 13:42

Güclü qar çovğunu Beyləqan şəhər stadionunun azarkeşlər üçün nəzərdə tutulan sektorunun çardağının uçmasına səbəb olub. 
 
1500 nəfərlik tribunanın çardağı tamamilə uçub.
 
Milli.Az xəbər verir ki,  Beyləqan Rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Komissiyasının sədri Telman Məsdanov APA-ya stadionun dekabrın 25-dən təmirə dayandırıldığını deyib.
 
"Beyləqan şəhər stadionu uzun illər baxımsız vəziyyətdə olub. 2014-cü ilin iyun ayında daxili imkanlar hesabına təmir işləri aparıldı. Ötən ilin sonunda dam örtüyündə yaranan nasazlıq səbəbindən, yenidən təmir işlərinə başlandı. Ötən gün axşam saatlarında isə qar çovğunu dam örtüyünün uçmasına səbəb olub. Fəsadları aradan qaldırırıq , yenidən təmir işləri aparılır", - deyə o bildirib.

Milli.Az


Tags:  Tribunası çökən stadionla bağlı RƏSMİ AÇIQLAMA

RƏYLƏR


Top news