Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ankarada ağır yol qəzası baş verib - ölən və yaralananlar var

Ankarada ağır yol qəzası baş verib - ölən və yaralananlar var

Date: 4 January 2016 13:43

Bakı. Trend:

Ankarada ağır yol qəzası baş verib. Hadisədə 9 nəfərin öldüyü, 37 nəfərin isə xəsarət aldığı bildirilir.

Bu barədə Trend Türkiyənin Haber7 qəzetinə istinadən məlumat verir.

Hadisənin baş verməsinə səbəb Ankaranın magistral yollarına davamlı sulu qarın yağması olub. İlkin məlumatlarda ölən və yaralıların sayının artacağı istisna edilmir.

Məlumatda yol qəzasında xəsarət alanların hamısının Türkiyə vətəndaşları olduğu deyilir. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Ankarada ağır yol qəzası baş verib ölən yaralananlar var

RƏYLƏR


Top news