Qaxda nəqliyyat vasitələrinin fasiləsiz hərəkəti tam təmin olunub

Qaxda nəqliyyat vasitələrinin fasiləsiz hərəkəti tam təmin olunub
13:43 4 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+


Qax, 4 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Son günlər havaların qarlı və şaxtalı keçməsi ilə əlaqədar Qax rayonunun yol işçiləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.
16 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyov AZƏRTAC-a bildirib ki, güclü qarın yaratdığı fəsadları aradan qaldırmaq, nəqliyyatın normal hərəkətini təmin etmək üçün idarə tərəfindən lazımi tədbirlər görülür. Qax-İlisu-Sarıbaş, Qax-Şəki, Qax-Qaşqaçay-Armudlu, Qorağan-Qax-Zaqatala avtomobil yolları, həmçinin Qax şəhərinin küçələri xüsusi texnikaların köməyi ilə qardan təmizlənib. Küçə və yolların buz bağlamış hissələrinə hər gün duz və qum qarışığı tökülür. Görülmüş tədbirlər nəticəsində hazırda yol istismar idarəsinin balansında olan 242 kilometr uzunluğunda avtomobil yollarında nəqliyyat vasitələrinin fasiləsiz hərəkəti tam təmin olunub.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qaxda_neqliyyat_vasitelerinin_fasilesiz_hereketi_tam_temin_olunub-916036

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR