Müğənnilərin səhnədə başlarına gələn gülməli hadisələr - sorğu

Müğənnilərin səhnədə başlarına gələn gülməli hadisələr -  sorğu
13:46 4 Yanvar 2016
48 Şou
Ölkə mətbuatı
A- A+

"ATV maqazin onlarla" şou-biznes nümayəndələri arasında sorğu aparıb. Onlar səhnədə başlarına gələn maraqlı hadisələrdən danışıb.

Axşam.az həmin sorğunu təqdim edir:

Əməkdar artist Abbas Bağırov:

"Konsertdən gəlirik, yağış yağır. Təyyarədən düşdük, hamı avtobusda oturub. Birdən Ənvər müəllim (xalq artisti Ənvər Sadıqov - red.) deyir, Samir hardadı? Birdən gördük ki, Samir yağışın altında, çiynində sintezator piyada gəlir. Biz də sürücüyə dedik ki, maşını saxlama, axıra kimi piyada gəlsin".

Müğənni Sevda Sanəliyeva:
 
"Rəqs edəndə necə yıxıldımsa... Durdum yenidən oynamağa davam etdim. Bəziləri gördü, bəziləri isə nə baş verdiyini anlamadı".

Müğənni Ceyhun Əliyev:
 
"Səhnəyə çıxanda şalvarım biədəb şəkildə cırıldı. O anda heç nə fikirləşə bilmədik. Dostlarımdan biri dedi şalvarımı verim. Öz bədən ölçümdə olmayan şalvarı geyinmişdim. Elə bil səhnəyə "kalqotka" ilə çıxmışdım". 

Müğənni Sevda Yahyayeva:

"Gecikmişdim, qacaqaca hamıyla salamlaşırdım. Birdən yıxıldım. Bəzilərinin yazığı gəldi, bəziləridə güldü".

Müğənni Samir Piriyev:

"Bir gün toyda idim oxuyurdum. Biri gəldi "Vurulmuşam" mahnını istədi. Bütün "vurulmuşam" sözü olan mahnıları oxudum. Dedi ki, yox bu deyil. Axırda özümdən oxumağa başladım: "vur-vur vuruldum". Əslində belə mahnı yox idi, özümdən qoşdum. Qayıtdı ki, "Elə bunu istəyirdim də".

Müğənni İlhamə Qasımova:

"Mahnının sözlərini tez-tez unuduram. Ən böyük problemim budur. Bəzən iki sətri təkrar oxumuşam. Fikir verən deyib ki, bu qız nə oxuyur?".

Müğənni Eldar Qasımov:

"Böyük bir festivalda mahnının sözlərini yaddan çıxarmışam. Bilmirəm orada nə oxudum. Həm gülməli, həm də ağlamalı hal idi".

Müğənni İzzət Bağırov:

"Dörd-beş musiqiçi əyləşib, mən də oxuyuram. Birdən insanlar gülməyə başladı. Mən də əsəbiləşirəm. Birdən gördüm ki, musiqiçinin sintizatoru yerə düşüb. Məni pərt etməsin deyə, yerdə oturub çalır".


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43589

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR