Sevgilisi məşhur müğənnini utandırdı (VİDEO,FOTO)

Sevgilisi məşhur müğənnini utandırdı (VİDEO,FOTO)
13:56 4 Yanvar 2016
68 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur müğənnisi Yeşim Salkım milyonçu sevgilisi Murat Karabova ilə görünüb.

ANS PRESS-in məlumatına görə, 2016-cı ilin ilk eşq “bombası”nı ötən il Hakan Eratikdən qəfildən boşanan Yeşim Salkım “partladıb”.

Bir müddət əvvəl ifaçı və aktrisanın adı iş adamı Murat Karabova ilə hallanırdı və onların sevgili olduğu deyilirdi. Amma onların əl-ələ gəzərkən şəkillərinin yayılması bu fikirlərin doğru olduğunu göstərdi.


Yeşim Salkım milyonçu sevgilisi Murat Karabova ilə


İfaçının sevgilisi müxbirləri görən zamanı həyəcanlanaraq müğənnidən uzaqlaşıb. Yeşim Salkım isə xahiş ederək sevgilisini yanına çağırıb:

“Xahiş edirəm bura gəl biabır oluruq” deyib. Karabova yaxınlaşaraq onu qucaqlayıb və könlünü alıb.

“Dostlar bu dəqiqə heç nə danışmaq istəmirəm , hər şey əladır, hələlik xoşbəxtəm. Yeni ilə xoşbəxt və çox sürətli keçdim. İşallah belə davam edər”- deyərək ifaçı əlavə edib.


Murat Karabova Yeşım Salkımdan uzaqlaşan zaman


Yeşım Salkım əslən Albaniyadandır. 1962-ci ildə İstanbulda anadan olub. Türkiyənin tanınmış aktrisası və müğənnisidir. 2001-ci ildə Türkiyənin ən yaxşı aktrisası seçilib.


Yeşım Salkım - "Duymayan kalmasın"

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=368814

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR