"Mənim mənəvi atam..." - Ayan Babakişiyeva

"Mənim mənəvi atam..." -  Ayan Babakişiyeva
14:01 4 Yanvar 2016
128 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Ayan Babakişiyeva bəstəkar Elçin İmanovu ad günü münasibətiylə təbrik edib.

Axşam.az-ın məlumatına görə, sənətçi ürək sözlərini İnstaqram səhifəsində paylaşıb:

"Bu gün mənim müəllimim, sənətə məni çox möhkəm və düzgün addımlarla gətirən, ən əsası doğmam Elçin İmanovun ad günüdür. Uşaq yaşlarımdan atamı itirdim. Düşünürəm ki, övladın varsa, sən ata adını qazanmısan demək deyil. Esas onun yanında olmaq və onun hər xoşbəxt, kövrək, çətin anında ona dayaq durmağındı. Mənim mənəvi atam, məni hər cəhətimlə qəbul edən insan Elçin İmanov... Allah sizi mənə və ailənizə çox görməsin. Sizi çox istəyirəm. Sizdən öyrənəcəyim hələ çox şey var. Allah sizi var eləsin".

A.Babakişiyeva E.İmanovun ona bu gün sürpriz etdiyini də deyib:

"Əslində mən ona yox, o mənə ad günündə hədiyyə verdi. Mənim üçün bir mahnı yazıb. Bəstənin klipinə onunla birlikdə çəkiləcəm. Mənim üçün Elçin İmanovun klipimə çəkilməyə razılaşması ən böyük hədiyyədir".

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43590

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR