Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Piyadanı vuraraq qaçan sürücü saxlanıldı

Piyadanı vuraraq qaçan sürücü saxlanıldı

Bakıda avtomobillə piyadanı vurub qaçan sürücü tutuldu (23 Mart 2017 17:32)
Sürücü piyadanı vurdu - Ölən qadın öz anasıymış (15 Mart 2017 12:47)
Naftalanda avtomobil piyadanı vurdu - SÜRÜCÜ QAÇDI (14 Mart 2017 21:08)

Tarix: 4 Yanvar 2016 14:05

Milli.Az bildirir ki, Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Astara rayonunun Şahağacı kənd sakini, 1988-ci il təvəllüdlü Zamir Həsənovun yanvarın 2-də, saat 21:20 radələrində yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlər nəticəsində ölməsi faktı ilə bağlı Astara Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Lənkəran rayon Digah kənd sakini, 1967-ci il təvəllüdlü İzzət Cəfərov etibarnamə əsasında idarə etdiyi "Daimler Chrysler 308D" markalı 42-BK-492 dövlət qeydiyyat nişanlı mikroavtobus ilə Lənkəran rayonu istiqamətində hərəkətdə olarkən piyada Zamir Həsənovu vurub və hadisə yerindən qaçıb.
 
Astara Rayon Polis Şöbəsi və Rayon Prokurorluğu tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq əməliyyat  tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli bilinən İ.Cəfərov yanvarın 3-də yaxalanıb.
 
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Milli.Az


Teqlər:  Piyadanı vuraraq qaçan sürücü saxlanıldı



RƏYLƏR


Top xəbərlər