NBA: "Çikaqo" "Toronto"nu məğlub etdi, "Mayami" "Vaşinqton"a qalib gəldi (Nəticələr)

Milli Basketbol Assosasiyasının müntəzəm çempionatında mübarizə davam edir.

Metbuat.az xəbər verir ki, yanvarın 3-dən 4-ə keçən gecə NBA-da ümumilikdə 5 görüş keçirilib. Gecənin mərkəzi matçında "Çikaqo Bulls" "Toronto Reptors"u məğlub edib. Bir digər maraqla gözlənilən oyunda isə "Mayami Hit" "Vaşinqton Vizards"a qalib gəlib.

NBA-da dünən gecə aşağıdakı nəticələr qeydə alınıb:

"Nyu-York Niks" - "Atlanta Hoks" - 111:97

"Toronto Reptors" - "Çikaqo Bulls" - 113:115

"Vaşinqton Vizards" - "Mayami Hit" - 75:97

"Denver Naqqets" - "Portlend Treyl Bleyzers" - 106:112

"Los Anceles Leykers" - "Finiks Sans" - 97:77


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR