Meyitləri tapılan neftçilərin kimliyi məlum oldu

Meyitləri tapılan neftçilərin kimliyi məlum oldu
14:09 4 Yanvar 2016
64 Ölkə
Ölkə mətbuatı
A- A+

İtkin düşmüş digər neftçilərin axtarışı davam edir

Xəzər dənizinin Türkmənistan sektorunda meyitləri tapılan neftçilərin kimliyi müəyyən olunub.

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir:

 

“Xəzər dənizinin Türkmənistan sektorunda iki cəsəd aşkar edilib, bu haqda Azərbaycan tərəfinə məlumat verilib. Fövqəladə Hallar Nazirliyinin amfibiya tipli təyyarəsi istintaq qrupu və SOCAR-ın Azneft İB-nin işçiləri ilə birlikdə cəsədlərin tanınması və respublikaya gətirilməsi üçün Türkmənistana yola düşüb”.

 

Qeyd olunub ki, orada olan SOCAR əməkdaşları tərəfindən aparılmış ilkin baxış nəticəsində verilmiş məlumata əsasən tapılanlar ''Günəşli'' yatağında baş vermiş qəza nəticəsində itkin düşmüş Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğlunun cəsədləridir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227432

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR