Selfi oğruların başına bəla oldu (FOTO)

Selfi oğruların başına bəla oldu (FOTO)
14:11 4 Yanvar 2016
47 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Kaliforniya ştatının Pasifik-Qrouv şəhərində oğrunun çəkdirdiyi selfi başına bəla olub.

ANS PRESS-in məlumatına görə, 18 yaşlı Viktor Almans Martines adlı oğrunun qurbanlarından biri ilə hadisə yerində çəkdirdiyi selfi polisin işinə yarayıb.

Belə ki, silahlı basqın və insan oğurluğunda təqsirli bilinərək, axtarışda olan gəncin tutulmasına təkcə soyduğu qızla çəkdirdiyi selfi deyil, eyni zamanda onunla "Snapcahtda"kı yazışmları kömək edib.

Polisin məlumatına görə, axtarışda olan gənc iki yoldaşı ilə birlikdə sakinlərin avtomobillərinə silahlı basqınlar təşkil edərək onları soymaqla məşğul olub.


Koloforniya Pasifik Qrouv şəhəri.

Uzun müddətdir axtarışda olan gəncləri çəkdirdikləri selfilər ortalığa çıxana qədər tapmaq mümkün deyildi.
Bənzər hadisə Ukraynanın paytaxtı Kiyev şəhərində baş verib. Klubların birindən müştərilərin telefonlarını oğurlayan qızlara oğurladıqları telefonla selfi çəkdirmək baha başa gəlib. Belə ki, telefonla “Google”nin sinxronlaşdırılması selfinin telefonun əsil sahibinə göndərilməsi ilə nəticələnib.


Oğurluqda təqsirli bilinərək, həbs edilən qızın çəkdirdiyi selfi.

Bununla da polis telofon oğrularını fotoşəkil vasitəsilə taparaq həbs edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368813

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR