Türkiyədə baş verən yol qəzasında xeyli adam ölüb və yaralanıb.
APA-nın “milliyet.com.tr” saytına istinadən verdiyi xəbərə görə, bu gün Krışehir-Ankara yolu ilə hərəkət edən sərnişin avtobusu buzlu yolda sürüşərək aşıb. İlkin məlumatlara əsasən 9 nəfər ölüb, 30 nəfər yaralanıb.
Hadisə yerinə çoxlu sayda ambulans göndərilib.