Ronaldinyo karyerasını İngiltərədə davam etdirə bilər

Ronaldinyo karyerasını ingilis klublarından birində davam etdirə bilər. Bu haqda ulduz futbolçunun meneceri Roberto de Asiş məlumat verib.

Onun sözlərinə görə, Ronaldinyoya İngiltərə Premyer Liqasında çıxış edən bir neçə klubdan təklif var. Braziliyalının MLS və yaxud da Asiya klublarından birini seçmək ehtimalı da var.

Ronaldinyonun son iş yeri "Fluminense" olub. Sentyabr ayında sözügedən klub 35 yaşlı futbolçunun müqaviləsinə xitam vermişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR