​Patrik Hikki: "Bakıda keçirilmiş birinci Avropa Oyunları AOK üçün mühüm mərhələdir"

​Patrik Hikki: "Bakıda keçirilmiş birinci Avropa Oyunları AOK üçün mühüm mərhələdir"
14:32 4 Yanvar 2016
32 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 4 yanvar. REPORT.AZ/ Ötən ilin iyun ayında Azərbaycanın paytaxtı Bakıda keçirilmiş birinci Avropa Oyunları Avropa Olimpiya Komitəsi (AOK) üçün mühüm hadisə olub. "Report"un verdiyi xəbərə görə, bu barədə AOK-un prezidenti Patrik Hikki Komitənin fəaliyyətinin nəticələrinə həsr olunmuş məqaləsində bildirib.
"Sözsüz ki, ötən il Avropa Bakıda birinci Avropa Oyunlarını keçirməklə dünyada keçirilən kontinental oyunlara beşinci halqanı əlavə edə bilib. Bu gözəl 17 gün Avropa Olimpiya Komitələrinin işinə əvvəlki təşəbbüslərlə və proqramlarla müqayisədə daha böyük maraq oyadıb. Bu möhtəşəm hadisə AOK və Azərbaycan Olimpiya Komitəsi üçün mühüm mərhələdir", - P.Hikki bildirib. 

Xəbərin orijinal ünvanı: http://report.az/avropa-oyunlari/patrik-hikki-bakida-kecirilen-birinci-avropa-oyunlari-aok-ucun-muhum-merheledir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR