Hər 100 min diri doğulan uşağa 13,8 ana ölümü...

Hər 100 min diri doğulan uşağa 13,8 ana ölümü...
14:39 4 Yanvar 2016
33 Sosial
Ölkə mətbuatı
A- A+

“Ana ölümü ilə bağlı son illərdə stabilləşməyə nail olunub”.

 

APA-nın “Tibb” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev 2015-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında çıxışı zamanı deyib. O bildirib ki, 10 il əvvəl hətta reallığı əks etdirməyən illik göstəricilər ən azı 30-40 olurdu: “Təxminən 170 min uşağın doğulduğu son illərdə isə ana ölümünün göstəricisi 13-14 arasındadır. 2015-ci ildə hər 100 min diri doğulan uşağa 13,8 ana ölümü qeydə alınıb. Əlbəttə ki, bu göstəricilər də bizi qane etmir. Artıq kəmiyyəti keyfiyyət əvəz etməlidir. Bunun üçün Doğuşayardım Komissiyası tərəfindən də çox böyük işlər görülür. Eyni zamanda, komissiya ağır hamiləliklərlə bağlı məsələlərə də nəzarət edəcək”.
 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227434

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR