Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Xəzərdə neft-qaz ehtiyatları hesablamalardan daha çoxdur"

"Xəzərdə neft-qaz ehtiyatları hesablamalardan daha çoxdur"

Date: 4 January 2016 14:57

Xəzərin Azərbaycan sektorunda karbohidrogen ehtiyatları hesablamalardan daha çoxdur. Hazırda təxminən 24-25 perspektiv neft-qaz strukturu var.

Bunu "Report"a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun geologiya-mineralogiya elmləri doktoru, professor Fərid Dadaşov bildirib.
O qeyd edib ki, bütün strukturlarla birgə təxminən 10 trln. kubmetr karbohidrogen ehtiyatları var.
F.Dadaşovun sözlərinə görə, bu ehtiyatlar əsasən qaz və kondensat ehtiyatlarıdır:
"Perspektiv strukturlar açıldıqdan sonra ehtiyatlar daha dəqiq müəyyənləşəcək. Bu perspektiv strukturların ehtiyatları böyükdür. Bu strukturlar barədə Azərbaycan alimlərinin uzun illər apardığı seysmik tədqiqatlar zamanı ətraflı qeyd olunub".

O qeyd edib ki, hazırda çıxarıla bilən ehtiyatlar dənizin şelf zonasında olan yataqlarda hesablanır:
"Dənizin daha dərinliklərində kəşfiyyata ehtiyac var. Bu isə böyük məbləğ tələb edir və risklidir".

Milli.Az


Tags:  Xəzərdə neft-qaz ehtiyatları hesablamalardan çoxdur


RƏYLƏR


Top news