Avtomobil motosikletlə toqquşdu: ölən və xəsarət alan var

Avtomobil motosikletlə toqquşdu: ölən və xəsarət alan var
14:59 4 Yanvar 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə yanvarın 4-də saat 13.30 radələrində Lənkəran-Boradigah şosesinin rayonun Separadi kəndindən keçən hissəsində qeydə alınıb.

 

Masallı rayon sakininin idarə etdiyi “VAZ-21015” markalı minik avtomobili Lənkəranın Separadi kənd sakini Ayaz Salayevin idarə etdiyi “Muravey” markalı motosikletlə toqquşub. Güclü zərbədən motosikletin sürücü aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Motosikletin qoşqu yerində əyləşmiş sürücünün yaxın qohumu Həmzə Mütəllimov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırmalara başlanıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227437

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR