Avtomobil çaya düşdü, yaralılar var

Avtomobil çaya düşdü, yaralılar var
15:01 4 Yanvar 2016
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Qarlı-şaxtalı hava Ağsuda da qəzanı qaçılmaz edib. Avtomobil körpüdən aşıb.

Ağsu rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Bakı- Şamaxı- Yevlax magistral yolunun 160 kilometrliyində qeydə alınıb.

Şamaxı şəhəri T. Zahidov küçəsi 5 ünvanında yaşayan 1976-cı il təvəllüdlü Hamlet Hamlet oğlu Bünyətov idarə etdiyi "VAZ" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil dəmir məhəccərlərə çırpılıb. Zərbə o qədər şiddətli olub ki, dəmir məhəccər qırılıb və avtomobil çayın qırağına düşüb.

Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişin, Şamaxı şəhəri Qədirli küçəsi ev 5 ünvanında yaşayan 1980-ci il təvəllüdlü Amil Qulaməli oğlu Bünyətov ağır bədən xasarətləri ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan, hər iki xəstənin bədən və baş nahiyəsində çoxsaylı əzilmiş yaralarının olduğu, sürücünün vəziyyətininin orta ağır, sərnişin Amil Bünyətovun vəziyyətinin isə ağır olduğunu bildirildi.

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Oxşar hadisə oktyabr ayının 6-da Bərdə rayonunda qeydə alınıb. “Niva” markalı avtomobil Şorsu kanalına düşüb.

Sürücü idarə etdiyi 10- SB- 417 dövlət nömrə nişanlı niva avtomobili ilə içkili halda gedrkən idarəetməni itirib.

Qəza nəticəsində sürücü ərazidən qaçıb. Maşında olan digər iki sərnişin- Bərdə rayon Qarağacı kənd sakini 1974-cü il təvəllüdlü Fərahim Hafiz oğlu Abdulllayev və Yevlax şəhəri İlqar Dəmirçiyev küçəsində yaşayan Emil Məhəmməd oğlu İsmayılov ağır bədən xəsarətləri ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368820

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR