Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ-da erməni iki həmyerlisini güllələdi, intihar etdi

ABŞ-da erməni iki həmyerlisini güllələdi, intihar etdi

Date: 4 January 2016 15:12

ABŞ-ın Ontario şəhərində 71 yaşlı Karapet Kalacyan iki həmyerlisini - 60 yaşlı Misak Minasyan və 59 yaşlı Ripsime Minasyanı odlu silahdan qətlə yetirib.

APA-nın "news.am"a istinadən verdiyi xəbərə görə, bu barədə Los-Anceles polis departamentinin mətbuat xidməti məlumat yayıb.
 
Minasyanları öldürdükdən sonra Kalacyan özünü güllələyib.
 
Məlumata görə, insident Ontario şəhərindəki qəbristanlıqda, Minasyanlar yaxınlarının məzarını ziyarət edən zaman baş verib.
 
Qətlin motivləri hələlik bəlli deyil. Polis istintaqa yardım üçün yerli sakinlərə müraciət edib.

Milli.Az


Tags:  ABŞ-da erməni iki həmyerlisini güllələdi intihar etdi


RƏYLƏR


Top news