Türkmənistanda tapılan neftçilərin meyitləri yaxın vaxtda respublikaya gətiriləcək

15:13 4 Yanvar 2016
39 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitlərin şəxsiyyəti müəyyənləşdirilib və nəşlər yaxın vaxtda respublikaya gətiriləcək. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Trend-ə verilən məlumatda qeyd olunur.

Məlumatda bildirilir ki, FHN-nin Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 65-70 km uzaqlıqda 2 kişi cəsədi aşkar edilib və Türkmənistana aid gəminin göyərtəsinə qaldırılaraq Kiyanlı dəniz limanına aparılıb.

Qeyd olunur ki, məlumat daxil olduqdan sonra FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədlərin tanınması və respublikaya gətirilməsi üçün bu gün səhər Türkmənistana yola düşüb. İstintaq qrupunun üzvləri və FHN-nin nümayəndələri meyitlərə baxış keçirib. Məlum olub ki, bunlar 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilər - Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğludur.

Onların nəşləri yaxın vaxtda respublikaya gətiriləcək.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2476615.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR