Yapon alimləri açıq kosmosda həyat axtarışına başlayacaqlar

Yapon alimləri açıq kosmosda həyat axtarışına başlayacaqlar
15:13 4 Yanvar 2016
36 Digər
Ölkə mətbuatı
A- A+


Tokio, 4 yanvar, AZƏRTAC.
Yaponiya universitetlərinin alimləri insanları uzun müddətdir düşündürən kosmosda həyatın olması barədə sualı cavablandırmaq üçün geniş miqyaslı tədqiqatlara başlayacaqlar.
Cari ildə Tokio Universitetinin mütəxəssisləri Günəş sistemindən kənarda həyatı dəstəkləyən şəraitə malik planetin axtarışını planlaşdırırlar. Alimlər bu məqsədlə bu ilin yayında Havay adalarındakı “Subaru” teleskopuna yeni qurğu qoşacaqlar. Axtarış zamanı infraqırmızı şüalardan istifadə edəcək alimlər “ikinci Yer kürəsini” tapmağa çalışacaqlar.
Kioto Universitetindən olan alimlər isə, cari ilin martında Yaponiyanın qərbində yerləşən Okayama prefekturasındakı Milli Astronomiya Observatoriyasının Kosmik Tədqiqatlar Mərkəzində ölkədə ən böyük 3,8 metr diametrində teleskop quraşdırmağa başlayacaqlar.
Alimlər ümid edirlər ki, Günəş sistemində kənarda yerləşən, suyun və bitkilərin olduğu güman edilən planetləri aşkar etməyə nail olacaqlar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yapon_alimleri_achiq_kosmosda_heyat_axtarisina_baslayacaqlar-916040

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR