Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Balakəndə baş vermiş partlayışla bağlı cinayət işi başlandı

Balakəndə baş vermiş partlayışla bağlı cinayət işi başlandı

Date: 4 January 2016 15:18

Bakı. Samir Məmmədov - Trend:

Balakəndə zavodda baş verən partlayışla əlaqədar cinayət işi başlanıb.

Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

E.Sultanov qeyd edib ki, Balakən rayonunda “Azəryem Sənaye” MMC-yə məxsus zavodun ərazisində bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən hadisə ilə əlaqədar Balakən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Prokurorluq, Fövqəladə Hallar Nazirliyi, “Azəriqaz”QSC, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin mütəxəssislərinin və Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspertinin iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilib. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün müvafiq ekspertizalar təyin edilib.

Hazırda rayon Prokurorluğunda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Balakəndə baş vermiş partlayışla bağlı cinayət işi başlandı

RƏYLƏR


Top news