Türkmənistanda tapılan neftçilərin meyitləri yaxın vaxtda respublikaya gətiriləcək

Türkmənistanda tapılan neftçilərin meyitləri yaxın vaxtda respublikaya gətiriləcək
15:22 4 Yanvar 2016
39 Digər
Ölkə mətbuatı
A- A+

Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitlərin şəxsiyyəti müəyyənləşdirilib və nəşlər yaxın vaxtda respublikaya gətiriləcək. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Trend-ə verilən məlumatda qeyd olunur.

Məlumatda bildirilir ki, FHN-in Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 65-70 km uzaqlıqda 2 kişi cəsədi aşkar edilib və Türkmənistana aid gəminin göyərtəsinə qaldırılaraq Kiyanlı dəniz limanına aparılıb.

Qeyd olunur ki, məlumat daxil olduqdan sonra FHN-in "BE-200ÇS" amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədlərin tanınması və respublikaya gətirilməsi üçün bu gün səhər Türkmənistana yola düşüb. İstintaq qrupunun üzvləri və FHN-in nümayəndələri meyitlərə baxış keçiriblər. Məlum olub ki, bunlar 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilər - Quliyev Əzizağa Nöhbala oğlu Abdullayev Adil Ələkbər oğludur.

Onların nəşləri yaxın vaxtda respublikaya gətiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/395130.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR