Ağcabədidə 4 hektar sahədə meşə tingliyi səpilib

Ağcabədidə 4 hektar sahədə meşə tingliyi səpilib
15:23 4 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+


Ağcabədi, 4 yanvar, AZƏRTAC
Ağcabədi rayonunda müxtəlif ağac növlərindən ibarət meşə əkini materialı yetişdirmək məqsədilə tinglik səpini həyata keçirilir.
Ağcabədi regional meşə tingliyi mərkəzinin direktor əvəzi Cahid Məmmədov AZƏRTAC-a bildirib ki, 2015-ci ildə bu məqsədlə 11 hektar sahədə şum aparılıb, 4 hektarda Eldar şamı, sərv, tuya, akasiya, tut, göyrüş, iydə, qarağac və sair növlərdən ibarət tinglik səpilib. Kökləndirmək üçün 1 hektarda 50 min ədəd çilik basdırılıb, 6 hektarda (240 min ədəd) böyütmə sahəsi yaradılıb, 1127 kiloqram toxum tədarük edilib.
Tinglik səpini 2016-cı ildə də davam etdiriləcək.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agcabedide_4_hektar_sahede_mese_tingliyi_sepilib-916044

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR