Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Partlayışda ölən və yaralananların adları açıqlandı

Partlayışda ölən və yaralananların adları açıqlandı

Suriyada Novruz faciəsi: ölən və yaralananlar var (21 Mart 2017 22:42)
Novruz şənliyi zamanı partlayış törədildi - ölən və yaralananlar var (21 Mart 2017 21:29)
Xırdalanda ölən tələbələrin adları məlum oldu (15 Mart 2017 13:42)

Tarix: 4 Yanvar 2016 15:29

Balakəndə zavodda baş vermiş partlayış zamanı ölən və yaralanan şəxslərin adları məlum olub.

APA-nın məlumatına görə, “Azəryem Sənaye” MMC-yə məxsus zavodun qazanxanasında baş verən partlayış nəticəsində orada işləyən, Qullar kənd sakini, 1990-cı il təvəllüdlü Elçin Əliməmməd oğlu Əliyev hadisə yerində keçinib.

 

Digər işçilər - Qullar kənd sakini, 1990-cı il təvəllüdlü Novruz Məhəmməd oğlu Nastakalov və Qazma kənd sakini, 1982-ci il təvəllüdlü Anar Süleyman oğlu Bozurov isə xəsarət alıblar. Onlar Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı Balakən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

 


Teqlər:  Partlayışda ölən yaralananların adları açıqlandı



RƏYLƏR


Top xəbərlər