İran özünə Ermənistandan yol açır

İran özünə Ermənistandan yol açır
15:32 4 Yanvar 2016
43 Digər
Ölkə mətbuatı
A- A+

Tehran Ermənistan vasitəsilə Gürcüstana təbii qazın nəql edilməsi üçün rəsmi Tiflislə danışıqlar aparır.

APA-nın məlumatına görə, bu barədə İranın "Press TV" telekanalı İranın Milli Qaz Şirkətinin nümayəndəsi Əli Rza Kamiliyə istinadən xəbər yayıb.
 
"Gürcüstanla əldə olunmuş razılığa əsasən, biz qazı Ermənistanla sərhədədək çatdırmalıyıq, Gürcüstan isə onu Ermənistanla sərhəddə almalıdır. Bununla yanaşı, razılaşma iqtisadi baxımdan Gürcüstan üçün sərfəli olmalıdır", - deyə Kamili bildirib.
 
Telekanalın məlumatına görə, qaz tədarükünün həcmi 300-500 mln. kubfut təşkil etməlidir.
 
Ə. Kamili vurğulayıb ki, Gürcüstana tədarük olunacaq təbii qaz ancaq ölkənin daxili tələbatını ödəmək üçündür. Şirkət rəsmisi həmçinin qeyd edib ki, İran qazının Avropaya boru vasitəsi ilə nəql olunması məsələsi gündəmdə deyil. Çünki Avropa İttifaqı sıxılmış təbii qazın tədarükündə daha maraqlıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/395132.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR