Daha bir ölkə İranla diplomatik münasibətləri kəsib

Daha bir ölkə İranla diplomatik münasibətləri kəsib
15:37 4 Yanvar 2016
73 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 yanvar. REPORT.AZ/ Bəhreyn İranla diplomatik münasibətləri kəsib.
"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.
Bir müddət öncə Səudiyyə Ərəbistanında Nimr əl-Nimrin edamına etiraz olaraq aksiya keçirilib. Polis aksiyanın bir neçə iştirakçısını tutub.
Səudiyyə Ərəbistanı İranla diplomatik münasibətləri kəsdiyini elan edərək, iranlı diplomatlara krallıq ərazisini tərk etməsi üçün 48 saat vaxt qoyub.
Qeyd edək ki, iki ölkə arasında münasibətlər ərəb dövlətində şiə təriqətindən olan Nimr ən-Nimr də daxil olmaqla "terrorçuluq və ona təhrikçilikdə" ittiham olunan 47 nəfərin edam edilməsindən sonra gərginləşib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/daha-bir-olke-i-ranla-diplomatik-munasibetleri-kesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR