Gömrük Komitəsi "donuz qripi" ilə bağlı hərəkətə keçdi

Gömrük Komitəsi "donuz qripi" ilə bağlı hərəkətə keçdi
15:46 4 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyinin müvafiq qurumları qarşılıqlı əlaqədədir, sərhəd gömrük-keçid məntəqələrində zəruri olan dezinfeksiya və digər əks-epidemik tədbirlər həyata keçirilir.

Bu barədə ANS PRESS-ə Dövlət Gömrük Komitəsindən məlumat veriblər.

Məlumata əsasən son günlər bəzi kütləvi informasiya vasitələrində Türkiyə Respublikasının Adana vilayətində A (H1N1)-(donuz qripi) virusuna yoluxduğu ehtimal olunan 3 nəfərin dünyasını dəyişməsi barədə məlumat yayılıb.

Dövlət Gömrük Komitəsi vətandaşların diqqətinə çatdıraraq bildirir ki, qeyd olunan A (H1N1) virusu Azərbaycan Respublikasının sərhəd gömrük-keçid məntəqələrində qeydə alınmayıb. Hər hansı potensial təhlükəli halın vaxtında müəyyən edilməsi və qarşısının alınması üçün bir sıra vacib və profilaktik tədbirlər davamlı surətdə aparılır, ümumi vəziyyət nəzarət altındadır.

Gömrük-keçid məntəqələrində quraşdırılmış yüksək hərarəti müəyyən edən termovizorlar vasitəsilə vəziyyətə nəzarət olunur. Ölkəyə gələn şəxslər üzərində vizual müşahidə aparılır, yüksək hərarəti və xəstəliyə yoluxma əlamətləri aşkar edilərsə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Bu gün səhər saatlarında məlumat verilmişdi ki, Azərbaycan-İran sərhədinin Biləsuvar rayonu ərazisində yerləşən Qoşatəpə sərhəd-keçid məntəqəsi gücləndirilmiş iş rejiminə keçib.

ANS PRESS -in cənub bürosundan aldığı məlumata görə, buna səbəb Türkiyənin Adana əyalətində H1N1 virusuna (donuz qripi) yoluxduğu ehtimal olunan 3 nəfərin dünyasını dəyişməsidir.

Məntəqəyə xüsusi həkim briqadaları cəlb olunub. Türkiyəyə məxsus yük maşınları məntəqəyə daxil olarkən həkim briqadaları tərəfindən yoxlanılır və zəruri dezinfeksiya tədbirlərindən sonra Azərbaycan ərazisinə buraxılır.

Biləsuvar Rayon Baytarlıq İdarəsindən verilən məlumata görə, bayram günlərinə baxmayaraq, qurumun baytar briqadaları “donuz qripi” ilə əlaqədar sərhədyanı kəndlərdə dezinfeksiya işlərinə cəlb olunub. Vəziyyətin ciddiliyi nəzərə alınaraq ərazidə sahə baytar həkimlərindən ibarət növbətçilik sistemi yaradılıb.

Qoşatəpə sərhəd-keçid məntəqəsində ölkə ərazisinə daxil olan bütün vətəndaşlar da müayinə olunur. Bu müayinələr təkcə "donuz qripi"nin deyil, digər yoluxucu xəstəliklərin qarşısını almaq məqsədi daşıyır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368835

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR