Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Daha bir ölkə İranla diplomatik münasibətləri kəsib

Daha bir ölkə İranla diplomatik münasibətləri kəsib

Date: 4 January 2016 15:47

Bəhreyn İranla diplomatik münasibətləri kəsib.

"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

Bir müddət öncə Səudiyyə Ərəbistanında Nimr ən-Nimrin edamına etiraz olaraq aksiya keçirilib. Polis aksiyanın bir neçə iştirakçısını tutub.
Səudiyyə Ərəbistanı İranla diplomatik münasibətləri kəsdiyini elan edərək, iranlı diplomatlara krallıq ərazisini tərk etmək üçün 48 saat vaxt qoyub.

Qeyd edək ki, iki ölkə arasında münasibətlər ərəb dövlətində şiə təriqətindən olan Nimr ən-Nimr də daxil olmaqla, "terrorçuluq və ona təhrikçilikdə" ittiham olunan 47 nəfərin edam edilməsindən sonra gərginləşib.

Milli.Az


Tags:  ölkə İranla diplomatik münasibətləri kəsib


RƏYLƏR


Top news