Ruslara məsləhət - Azərbaycana gedin

Ruslara məsləhət - Azərbaycana gedin
15:56 4 Yanvar 2016
45 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın şimal qonşusu Rusiyanın milli valyutası olan rublun devalvasiyası, Türkiyə ilə münasibətlərin gərginləşməsi və Avropa İttifaqına biometrik vizaların verilməsindən sonra rusların istirahət üçün ölkə seçimləri məhdudlaşıb.

ANS PRESS-in məlumatına görə, ruslar bundan sonra qış tətilini keçirmək üçün Türkiyəyə, Avropaya yox başqa ölkələrə üz tutmalı olacaqlar.

Rusiya əhalisinin qış tətilini harada keçirməsi ilə bağlı bir sıra yeni ölkələr təklif edilir. Siyahıda xüsusən dil baxımdan problem yaşanmayacaq, yüksək səviyyəli xidmət təklif edən ölkələr yer alıb. Rusların bundan sonra daha çox üz tutmaları məsləhət görünən qış turizm - dağ-xizək kurortları aşağıdakılardır:



Siyahıda ilk yerdə Azərbaycanın adı yer alıb. Daha öncə ölkəmizə gəlməyənlər üçün, əslində, bu çox faydalı olacaq. Çünki onlar Azərbaycanda yarandılan qış turizmdən faydalana, gözəl xizək kurortlarından istifadə edə bilərlər. Bununla yanaşı onlar dil problemi ilə də üzləşməyəcəklər.

Buradakı mehmanxanalar da öz rahatlığı fərqlənirlər. Bundan başqa, xidmət də yüksək səviyyədədir. Hətta, qar təmizləyənlər gecə səhərə qədər çalışırlar ki, qonaqlar növbəti gün hava şəraitindən asılı olmayaraq rahat istirahət edə bilsinlər. Ruslar Azərbaycanda 90 gün qala bilərlər.

Ruslara təklif olunan digər ölkə Qazaxıstandır. Bu ölkənin ən məşhur dağ xizək kurortu Çimbulakdır. O, daha çox öz buz stadionuna görə tanınır. Bu istirahət məkanı Alma-Atadan 25 kilometr aralıda yerləşir. Bura xizəkçilər üçün əsl istirahət yeridir. Çimbulakda çoxlu ekstrimal döngələrə də rast gəlmək olar.


Çimbulak - Qazaxıstan

Siyahıda Serbiyanbın da adı var. Bu ölkədə ən böyük dağ xizək kurortu Kapaonuka getmək məsləhət görülür. Buraya gələn insanlar idmanla məşğul olmaqla yanaşı, eyni zamanda, bitki aləmindən də həzz ala bilərlər. Serbiyaya vizasız giriş xarici pasport üzrə 30 gündür.


Kapaonuk - Serbiya

Siyahıda həmçinin Belarus, Qırğızıstan, Çernoqoriyanın da adları var.

Əslində Rusiyanın belə bir siyahı tərtib etməsi əbəs yerə deyil. Bundan əvvəl ruslar qış istirahəti üçün daha çox Türkiyəyə - Uludağ, Palandökən kimi zonalara üz tuturdular. Lakin iki ölkjə arasında münasibətlər gərginləşəndən sonra Rusiya Türkiyəyə qarşı sanksiyalar irəli sürüb. Bu sanksiyalar nəticəsində ən çox ziyan çəkən turizm sektoru olub. Rus turistlərinə Türkiyəyə səfərdən çəkinmək tövsiyyə edilib, Moskva iki ölkə arasında qüvvədə olan vizasız rejimi dayandırmağa qərar verib.

Sanksiyalar yanvarın birindən etibarən qüvvəyə minib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368818

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR