Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Balakəndə yem istehsalı zavodunun qazanxanasında partlayış baş verib

Date: 4 January 2016 15:58


Balakən, 4 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Yanvarın 4-də səhər saatlarında “Azəryem Sənaye” MMC-nin Balakən rayonundakı yem istehsalı zavodunun qazanxanasında partlayış baş verib.
Balakən rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-a bildiriblər ki, hadisə zamanı qazanxanada 3 nəfər olub. Onlardan biri - 1987-ci il təvəllüdlü Elçin Əliyev həlak olub. Hadisə nəticəsində Anar Bodurov və Novruz Nastakalov isə xəsarət alıblar. Yaralılar təcili Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.

Tags:  Balakəndə yem istehsalı zavodunun qazanxanasında partlayış baş verib


RƏYLƏR


Top news