Neftçilərin meyitləri yaxın vaxtda Azərbaycana gətiriləcək

16:12 4 Yanvar 2016
39 Sosial
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı dünən Xəzər dənizinin Türkmənistan sahillərindən 65-70 km uzaqlıqda 2 kişi cəsədi aşkar edilib və Türkmənistana aid gəminin göyərtəsinə qaldırılaraq Kiyanlı dəniz limanına aparılıb. Məlumat daxil olduqdan sonra FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədlərin tanınması və respublikaya gətirilməsi üçün bu gün səhər Türkmənistana yola düşüb. İstintaq qrupunun üzvləri və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri meyitlərə baxış keçirib və məlum olub ki, bunlar "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilər- Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğludur.
Xatırladaq ki, dekabrın 4-də güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. İndiyədək 8 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib. Həmin gün "Neft daşları"ında baş verən qəzada itkin düşən 3 neftçi də daxil olmaqla, 23 nəfərin axtarışı davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/neftcilerin-meyitleri-yaxin-vaxtda-azerbaycana-getirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR