"Gömrük-keçid məntəqələrində AH1N1 qeydə alınmayıb" - RƏSMİ

"Gömrük-keçid məntəqələrində AH1N1 qeydə alınmayıb" - RƏSMİ
16:19 4 Yanvar 2016
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Son günlər Türkiyənin Adana vilayətində AH1N1 (donuz qripi) virusuna yoluxduğu ehtimal olunan 3 nəfərin dünyasını dəyişməsi barədə məlumat yayılıb.

Dövlət Gömrük Komitəsimətbuat xidmətindən APA-ya verilən məlumata görə, Dövlət Gömrük Komitəsi vətəndaşların diqqətinə çatdıraraq bildirir ki, qeyd olunan AH1N1 virusu Azərbaycanın sərhəd gömrük-keçid məntəqələrində qeydə alınmayıb.

 

Dövlət Gömrük Komitəsi nəzərə çatdırır ki, hər hansı potensial təhlükəli halın vaxtında müəyyən edilməsi və qarşısının alınması üçün bir sıra vacib və profilaktik tədbirlər davamlı surətdə aparılır, ümumi vəziyyət nəzarət altındadır. Dövlət Gömrük  Komitəsi və Səhiyyə Nazirliyinin müvafiq qurumları qarşılıqlı əlaqədədir, sərhəd gömrük-keçid məntəqələrində zəruri olan dezinfeksiya və digər əks-epidemik tədbirlər həyata keçirilir. Gömrük-keçid məntəqələrində quraşdırılmış yüksək hərarəti müəyyən edən termovizorlar vasitəsilə vəziyyətə nəzarət olunur. Ölkəyə gələn şəxslər üzərində vizual müşahidə aparılır, yüksək hərarəti və xəstəliyə yoluxma əlamətləri aşkar edilərsə, müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227443

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR