Diqqətli olun! Soyuq hava infarkta səbəb ola bilər

Diqqətli olun! Soyuq hava infarkta səbəb ola bilər
16:27 4 Yanvar 2016
35 Sosial
Ölkə mətbuatı
A- A+

Amerika alimlərinin araşdırmalarına görə, soyuq havada ürək tutmaları, ani ürək dayanması, infarkt kimi pozulmaların sayı çoxalır.

Milli.Az saglamolun.az-a istinadən xəbər verir ki, bunun səbəbi soyuqda insan orqanizmində baş verən damarların sıxılmasıdır (spazm). Xüsusilə bu, isti otaqdan soyuğa çıxanda baş verir. Nəticədə ürəyə olan yükləmə artır.

Belə spazm sağlam insanın orqanizmində baş verdikdə, bu, ciddi mənfi nəticələrə səbəb olmur. Lakin ürək xəstəlikləri olan insanlarda bu, ürək tutmasına və hətta infarkta səbəb ola bilər.

Bu səbəbdən həkimlər ürək xəstəlikləri olan insanlara soyuq havada daha isti geyinməyi, əlcək və papaq taxmağı tövsiyə edirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/395144.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR