Lui van Qal: "Belə bir şey 25 illik məşqçi karyeramda olmamışdı"

"Mançester Yunayted"in baş məşqçisi Lui van Qal "Suonsi" üzərində qazanılan qələbəni belə şərh edib:

"Komanda üzərindəki təzyiq düşəcək. Oyunumuz həftələr keçdikcə yaxşıya doğru gedəcək. Amma bu, bizim qol vurmağımızdan asılıdı. Həmişə qol epizodları yarada bilirik.

Ardıcıl məğlubiyyətlər seriyası "Mançester Yunayted" oyunçularını çox əsəbiləşdirmişdi. Onlar belə şeylərə öyrəşməyiblər.

Həmçinin mən də komandamın 4 oyun ard-arda uduzmasına alışmamışam. Belə bir şey 25 illik məşqçi karyeramda olmamışdı. Bu, qeyri-adi situasiyadı. Oyunçular hirslidilər və vəziyyəti dəyişmək istəyirlər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR