Messi yenə birincidi

Messi yenə birincidi
16:44 4 Yanvar 2016
26 İdman
Ölkə mətbuatı
A- A+

Dünyanın ən yaxşı pleymeykerinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2015-ci ilin ən güclü oyun qurucularının siyahısını açıqlayıb.

 

Qurumun dünya ölkələrində olan nümayəndələri arasında keçirilən sorğunun nəticələrinə əsasən, Argentina yığmasının və “Barselona” klubunun üzvü Lionel Messi hamıdan üstün “Qızıl top”un 4 qat qalibi karyerasında ilk dəfə bu mükafata sahib çıxıb. O, 168 xalla izləyicilərini xeyli qabaqlaya bilib.

 

İkinci pillədə “Barselona”nın digər futbolçusu Andres İnyesta qərarlaşıb. O, cəmi 91 xal toplayıb. “Yuventus”un sabiq üzvü, hazırda “Nyu York Siti”nin formasını geyinən Andrea Pirlo isə 54 xalla 3-cü olub.

 

Siyahıda sonrakı yerləri Eden Azar (“Çelsi”, 22 xal) və Kevin Debruyne (“Volfsburq” və “Mançester Siti”, 22 xal), Yaya Ture (“Mançester Siti”, 13), Toni Kroos və Luka Modriç (hər ikisi “Real”, 11), Hames Rodriges (“Real”, 10) və Xavyer Pastore (PSJ, 10) tutublar.

 

Qeyd edək ki, sorğuda Azərbaycanı apasport.az saytının əməkdaşı, İFFHS-in üzvü olan Vüqar Xeyrullayev təmsil edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227445

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR