İran və Səudiyyənin Bakıdakı səfirliklərinin mühafizəsi gücləndirildi

İran və Səudiyyənin Bakıdakı səfirliklərinin mühafizəsi gücləndirildi
16:51 4 Yanvar 2016
38 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı və İran arasında yaranan gərginlikdən sonra hər iki ölkənin Azərbaycandakı səfirliklərində təhlükəsizlik tədbirləri gücləndirilib.

ANS PRESS-in məlumatına görə, Səudiyyə Ərəbistanı səfirliyinin qarşısında polislərin sayı artırılıb. Polislərin verdiyi məlumata görə əvvəlki günlərlə müqayisədə, diplomatik nümayəndəliyinin təhlükəsizliyinin qorunmasınə daha çox əməkdaş cəlb olunub.

Həmçinin əraziyə müvafiq polis bölməsi də nəzarətini gücləndirib. Səudiyyə Ərəbistanı səfirliyi kimi İran nümayəndəliyi də ciddi mühafizə olunur.


İranın Azərbaycandakı səfirliyi


Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi

2 ölkə arasında yaranmış gərginliklə bağlı İran və Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirlikləri bəyanat veriblər.

İranın ölkəmizdəki səfiri Möhsün Pakayin ANS-ə açıqlamasında bildirib ki, din xadiminin edam edilməsi İslam dünyasında böyük hadisədir.

“Şeyxin edamı Beynəlxalq standartlar və insan hüquqlarının pozulmasıdır. Bu İslam dünyasında parçalayıcı siyasətin və ekstremist terrorçuların dəstəkləmsinin davamıdır. Əlbəttə ki, dünya müsəlmanları Nimr ən-nimrın edamından narazıdırlar və bu cinayəti törədənlərə öz edamından narazıdırlar . İran bu addımlarin təhəlükəli nəticələrindən və ekstremizmin təşviqi və güclənməsindən narahatdır. İranın İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin istəyi baş verənlərə münasibət bildirimələridir”.


Möhsün Pakayin - İranın Azərbaycandakı səfiri


Səudiyyə Ərəbistanın səfiri Musaid bin İbrahim bin Abdullah Əl-Səlim isə deyib ki, Səudiyyə Ərəbistanı kralları, krallıqda terrorçuluq barəsində icra olunan şəriət hökmlərini İran rejiminin verdiyi bütün aqressiv açıqlamalara kəskin etiraz edir.

“İran rejiminin açıqlamaları rəsmi Tehranın terroru dəstəkləyən əsl simasını göstərir. Bu isə onun region dövlərində sabitlik və təhlükəsizliyi pozmaq siyasətinin bir davam hesab olunur”, -deyə səfir ANS -ə açıqlamasında bildirib.


Musaid bin İbrahim bin Abdullah Əl-Səlim - Səudiyyə Ərəbistanın Azərbaycandakı səfiri


İki ölkə arasında münasibətlər Səudiyyyə Ərəbistanında şiə təriqətindən olan alim Nimr ən-Nimr də daxil olmaqla "terrorçuluq və ona təhrikçilikdə" ittiham olunan 47 nəfərin edam edilməsindən sonra gərginləşib.

İranda etirazçılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edərək binada yanğın törədiblər, həmçinin səfirliyin daxili müəssisəsini dağıdıblar. Hücumdan sonra polis 40 nəfəri saxlayıb.

Yanvarın 3-də gecə saatlarında Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələrin kəsildiyinibəyan edib. Səudiyyə höküməti iranlı diplomatlara ölkəni tərk etmək üçün 48 saat vaxt verib.


İranda etirazçıların Səudiyyə Ərəbistanı səfirliyinə hücumu

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368838

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR