Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xınalıqda qar məktəb binasının damını çökdürüb

Xınalıqda qar məktəb binasının damını çökdürüb

Date: 4 January 2016 17:02

Bakı. 4 yanvar. REPORT.AZ/ Quba rayonunun Xınalıq kəndində Rüfət Kəlbiyev adına internat tipli tam orta məktəbin damı çöküb. “Report”un xəbərinə görə, buna səbəb güclü qar yağmasıdır. Hadisə qeyri-dərs gününə təsadüf etdirindən xəsarət alan olmayıb.
Məktəbin direktoru Ənvər Məmmədov “Report”a deyib ki, damın təxminən 20 faizi çöküb. “Bu, son 10 ilin ən güclü qarıdır”, - direktor əlavə edib.
Qeyd edək ki, Quba-Xınalıq yolu 6 gündür bağlıdır. Son bir ayda həmin yol güclü qar yağması səbəbindən beş dəfə bağlanıb.



Tags:  Xınalıqda qar məktəb binasının damını çökdürüb

RƏYLƏR


Top news