"Kəpəz" klubu çempionatın ikinci hissəsinə ölkə daxilində hazırlaşacaq

"Kəpəz" klubu çempionatın ikinci hissəsinə ölkə daxilində hazırlaşacaq
17:08 4 Yanvar 2016
37 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 yanvar, AZƏRTAC
Gəncənin “Kəpəz” klubu futbol üzrə Topaz Premyer Liqasının ikinci hissəsinə hazırlığı ölkə daxilində keçirəcək. Klubunun hazırlıq planı iki hissədən ibarətdir.
AZƏRTAC xəbər verir ki, "Kəpəz" əvvəlcə Yevlaxda məşq edəcək. Komanda yanvarın 10-da Yevlaxda toplanacaq və burada bir həftə müddətində fiziki hazırlıq keçəcək. Daha sonra “Kəpəz” Bakıya yollanacaq. Komanda yanvarın 20-dən 28-dək paytaxtda taktiki və texniki hazırlıq üzərində işləyəcək.
Hazırlıq planına əsasən, Gəncə təmsilçisi üç yoxlama oyunu keçirəcək. Bu görüşlərdən biri Yevlaxda, ikisi isə Bakıda olacaq. Komandanın yoxlama matçlarındakı rəqibləri hələ müəyyənləşməyib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotKepez_quot_klubu_chempionatin_ikinci_hissesine_olke_daxilinde_hazirlasacaq-916050

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR