Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda qar məktəb binasının damını çökdürdü - FOTO

Azərbaycanda qar məktəb binasının damını çökdürdü - FOTO

Date: 4 January 2016 17:12

Quba rayonunun Xınalıq kəndində Rüfət Kəlbiyev adına internat tipli tam orta məktəbin damı çöküb. "Report"un xəbərinə görə, buna səbəb güclü qar yağmasıdır. Hadisə qeyri-dərs gününə təsadüf etdirindən xəsarət alan olmayıb.

Məktəbin direktoru Ənvər Məmmədov "Report"a deyib ki, damın təxminən 20 faizi çöküb. "Bu, son 10 ilin ən güclü qarıdır", - direktor əlavə edib.

Qeyd edək ki, Quba-Xınalıq yolu 6 gündür bağlıdır. Son bir ayda həmin yol güclü qar yağması səbəbindən beş dəfə bağlanıb.

Milli.Az




Tags:  Azərbaycanda qar məktəb binasının damını çökdürdü FOTO

RƏYLƏR


Top news