Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qarabağ"dan ayrılan futbolçu Çexiya klubunda

"Qarabağ"dan ayrılan futbolçu Çexiya klubunda

Date: 4 January 2016 17:32

"Qarabağ"dan ayrılan makedoniyalı mərkəz müdafiəçisi Vladimir Dimitrovski özünə klub tapıb. 


Fanat.az xəbər verir ki, o, 2010-2012-ci illərdə çıxış etdiyi Çexiyaya qayıdıb. Belə ki, Çexiyanın "Teplitse" klubu rəsmən onu sıralarına qatıb.


Qeyd edək ki, sentyabrda Yunanıstanın "Kerkira" klubundan "Qarabağ"a keçən Dimitrovski Avroliqanın sifariş ərizəsinə adı daxil edilmədiyindən, oynaya bilmirdi. Onun transferi kapitan Rəşad Sadıqovun çempionatda istirahət verilməsi zamanı oynadılması üçün nəzərdə tutulmuşdu. Lakin sentyabrda "Qarabağ"la müqavilə bağlamaqdan ötrü Makedoniya millisinin düşərgəsindən belə qaçmağı göz önünə alan Vladimir Azərbaycan Premyer Liqasının cəmi 3 oyununda meydana çıxmaq şansı qazandı.


O, IV turda "Xəzər Lənkəran" (1:0), VII turda "İnter" (2:0) və IX turda "Sumqayıt"la (0:1) oyunlarda "Qarabağ"ın müdafiəsinin mərkəzində Elvin Yunuszadə ilə tandem təşkil etdi. Vladimir Dimitrovski II dövrənin 9 oyununda isə heç "18-liy"ə düşə bilmədi.


Fanat.az


Tags:  Qarabağdan ayrılan futbolçu Çexiya klubunda

RƏYLƏR


Top news