Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın verdiyi məlumata görə, hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb.
Naməlum avtomobil Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Elmir Quliyevi vurub. Yaralı hadisə yerində ölüb, qəzanı törədən avtomobil isə hadisə yerindən qaçıb.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Milli.Az