Luis Enrike bütün rəqiblərini qabaqladı

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) "ilin ən yaxşı klub məşqçisi" nominasiyası üzrə keçirdiyi səsvermənin nəticələrini açıqlayıb.


Metbuat.az-ın məlumatına görə, 165 xal toplayan "Barselona"nın baş məşqçisi Luis Enrike qalib adını qazanıb. Pep Qvardiola ikinci, Massimiliano Alleqri isə üçüncü olub.

1. Luis Enrike ("Barselona") - 165 xal

2. Pep Qvardiola ("Bavariya") - 89 xal

3. Massimiliano Alleqri ("Yuventus") - 43 xal

4. Unai Emeri ("Sevilya") - 39 xal

5. Marselo Qalyardo ("River Pleyt") - 33 xal

6. Karlo Ançelotti ("Real", hazırda işsiz) - 19 xal

7. Dieqo Simeone ("Atletiko") - 12 xal

8. Diter Hekkinq ("Volfsburq") - 6 xal

9. Loran Blan (PSJ) - 5 xal

10. Miron Markeviç ("Dnepr") - 4 xal


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR