Xınalıq yolu yenə bağlandı (FOTO)

Xınalıq yolu yenə bağlandı (FOTO)
17:46 4 Yanvar 2016
51 Digər
Ölkə mətbuatı
A- A+

Şimal bölgəsində qar və şaxta fəsadlar yaratmağa başlayıb. İlin ilk 4 günündə qarlı, buzlu hava şəraiti səbəbindən bölgədə qəzaların da sayı artıb. Bölgədə qarın yağması intensiv müşahidə olunmasa da şaxtalı hava davam etməkdədir.
Quba ərazi hidrometerologiya müəssisəsindən ANS PRESS-ə verilən məlumata görə, bu gecə rekord səviyyədə şaxta müşahidə edilib. Qubanın Xaltan kəndində temperatur - 21 dərəcəyə kimi düşüb.

Bölgədəki həm rayondaxili, həm də respublika əhəmiyyətli yollar buz bağlayıb. Yolların şaxta səbəbindən buz bağlaması qəzaları qaçınılmaz edib. Baş Dövlət Yol Polis İdarəsinin Qusardakı 2 nömrəli tağımından verilən məlumata görə, son 4 gündə yol qəzalarının sayında artım qeydə alınıb. Bölgədə ümümilikdə buz bağlamış yollarda qəzaların sayı 30-a çatıb.




Qarlı hava daha çox sürücülərə ziyan vurub

Yolların buz bağlaması ən çox Quba, Qusar, Xaçmaz rayonlarında müşahidə olunur. "Azəryolservis"in rayon şöbələrində isə deyirlər ki, qurum gücləndirilmiş iş rejimində çalışır. Yollarda xüsusi təhlükəsizlik tədbirləri görülür.

Artıq 5 gündür bağlanmış Xınalıq yolunun açılması istiqamətində iş aparılsa da qar uçqunu yolun açılmasına mane olur.



Buz bağlayan yolarda qalan maşınlar

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=368841

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR