Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qarabağ"ın iki Qarası olacaq?

"Qarabağ"ın iki Qarası olacaq?

Date: 4 January 2016 17:47

Azərbaycanın U-19 yığmasının üzvü, İspaniyanın "Malaqa" klubu ilə yollarını ayıran hücumçu Qara Qarayev bəyan edib ki, karyerasını ölkəmizdə davam etdirmək istəyir. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Altı klubla danışıq aparıram. Onların arasında "İnter", "Qəbələ", "Qarabağ" və "Neftçi" də var. 3-4 günə hansı klubla müqavilə bağlayacağıma aydınlıq gələcək. Əlbəttə, "Malaqa"da qalmağı, orada oynamağı istəyirdim, amma alınmadı. AFFA-ya təklif etdim ki, mart ayına qədər Azərbaycan klublarından birində oynayım. Ondan sonra isə 18 yaşım tamam olacaqdı və İspaniya klubu ilə rəsmi müqavilə imzalaya biləcəkdim. Amma AFFA-dan mənim təklifimə heç kim cavab vermədi. Mən də "Malaqa"dan ayrılmalı oldum. Bundan sonra Azərbaycanda oynamaq istəyirəm. Keçəcəyim klubda əsas heyətin üzvü olmaq fikrindəyəm".

Milli.Az


Tags:  Qarabağın iki Qarası olacaq

RƏYLƏR


Top news