Messi ən yaxşı pleymeyker seçildi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) "ilin ən yaxşı pleymeykeri" nominasiyası üzrə keçirdiyi səsvermənin nəticələrini açıqlayıb.

165 xal toplayan "Barselona"nın futbolçusu Lionel Messi qalib adını qazanıb. Andres İnyesta yalnız argentinalı komanda yoldaşından geri qalıb. Andrea Pirlo isə üçüncülüklə kifayətlənib.

1. Lionel Messi ("Barselona") - 165 xal.

2. Andres İnyesta ("Barselona") - 91 xal

3. Andrea Pirlo ("Yuventus", "Nyu-York Siti") - 54 xal

4-5. Eden Azar ("Çelsi"), Kevin de Bruyne ("Volfsburq", "Mançester Siti") - 22 xal

6. Yaya Ture ("Mançester Siti") - 13 xal

7-8. Toni Kroos, Luka Modriç (hər ikisi "Real") - 11 xal

9-10. Xames Rodriqes ("Real"), Xavyer Pastore (PSJ) - 10 xal

Xatırladaq ki, ötən il Toni Kroos sözügedən nominasiya üzrə birinci olmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR