"Real" rəhbərliyi Benitesin gələcəyini müzakirə edəcək

"Real" rəhbərlyi günün ikinci yarısında "Santyaqo Bernabeu"dakı klub ofisində təcili yığıncaq keçirəcək.

Metbuat.az "Marca"ya istinadən xəbər verir ki, Florentino Peres rəsmilərlə baş məşqçi Rafael Benitesin gələcəyini müzakirə edəcək. Madrid klubunun cari mövsümdəki nəticələri prezidenti qane etmir. Bununla yanaşı, oyunçularla Benites arasında fikir ayrılıqlarının yarandığı iddia olunur.

İclasda Benitesin istefası ilə bağlı qərar qəbul olunacağı təqdirdə Madrid "Real"ının yeni baş məşqçisinin Zinəddin Zidan olacağı gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR