Hər şey əvvəlki kimi idi, bircə o, yox idi (VİDEO)

Hər şey əvvəlki kimi idi, bircə o, yox idi  (VİDEO)
18:41 4 Yanvar 2016
60 Digər
Ölkə mətbuatı
A- A+

Mən həftənin manat-dollar mübadiləsi və ya mücadiləsi barədə də danışa bilərdim, amma danışmıram.İstəmirəm ki, yeni təqvim ilini də maddi dəyərlərdən başlayaq. Bu dəyərə dəyməz. Kimsə beş manat itirdi, kimsə 5 milyon manat və ya 50 milyon manat…Elə itkidər var ki, onların ölçü vahidi olmur. Onlar ürək və gözlə ölçülür.

Bu il biz xeyli dəyərli adamla vidalaşdıq. Xəzərin 33 behişt dalğıcını Xəzər boyda ağladıq… Bəstəkar Ramiz Mirişli, siyaətçi Zahid Qaralov, diplomat Vəfa Quluzadə, idmançı Əhməd Ələskərov, aktyor İlham Əskərov, diktor Davud Əhmədov, aktrisa Nuriyyə Əhmədova, şair Məmməd Aslan, akademik Tofiq Hacıyev…

Mən onların hər biri haqqında danışa bilərdim… Hər birinin ailəsinin dekabr ayının 31-i qara çərçivədə idi. Qara bayram idi. Amma cəmi iki nəfərin qapısını döydük. Habil Əliyevin və Vaqif Səmədoğlunun … Düşünürəm ki, onlar daha rəmzi idilər.

Habil Əliyevin qapısını yasdan sonra döyməmişdim. Həyatı bəlkə Şərqiyyə xanımdan da artıq sevən bu insanın məşğuliyyəti Kaman qədər kədərli və qəmgin idisə, xarakteri bir o qədər təntənə, dəbdəbə və zarafatcıllıq sevən Habil Əliyevin. Döydüm. Hər şey əvvəlki kimi idi. Bircə Habil evdə yox idi.

- Yeni ili Habilsiz necə keçirdiniz?

– Sizcə, necə keçirə bilərik? Yeni ili keçirmək, bir yerə toplaşmaq barədə fikrimiz yox idi. Uşaqlar telefon əlaqəsi saxladılar ki, gəlib mənə baş çəksinlər. Qəbirüstə getməyə hazırlaşırdılar. Hava soyuq olduğuna görə məni getməyə qoymadılar.

– Habil müəllimin ən şox sevdiyi bayram bu idi, yoxsa Novruz bayramı.

- Novruz bayramı. Novruz və Orucluq bayramını sevirdi. Deyirdi yeni il bayramı Novruzdur. Hər şey yenilənir. Ağaclar çiçək açır, torpaq oyanır. Açığı, Habil müəllim Yeni il bayramını sevmirdi.

Müsahibəyə daha ətraflı aşağıdakı video materiallarda baxa bilərsiniz:




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368854

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR