XİN-dən səfirliklərin bağlanması ilə bağlı açıqlama

XİN-dən səfirliklərin bağlanması ilə bağlı açıqlama
18:57 4 Yanvar 2016
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bəzi media orqanlarında və bloqlarda ölkəmizin diplomatik nümayəndəliklərinin bağlanacağı haqqında məlumatlar yer alıb.

Bununla bağlı Milli.Az-ın soröusunu cavablandıran XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, bəzi internet mediada və bloqlarda guya bağlanacaq diplomatik nümayəndəliklərin təqdim olunan siyahısı obyektivlikdən kənardır və qeyri-ciddidir:

"Bu kimi yoxlanılmamış xəbərlərin yayılması Azərbaycanın uzun müddət ərzində digər dövlətlərlə qurduğu diplomatik əlaqələrinə xələl gətirə bilər.

İlk növbədə onu qeyd etmək istərdim ki, bu məsələdə yekun qərar qəbul edilməmişdir. Bu barədə qərarların qəbul edilməsi diplomatik münasibətlərdə qarşılıqlıq və siyasi yanaşmalar da daxil olmaqla, ciddi və dəqiq şəkildə nəzərdən keçirmə tələb edir. Hal-hazırda bu məsələyə hökumət tərəfindən ciddi şəkildə baxılır. İkincisi, burada bilavasitə səfirliklərin bağlanması müzakirə mövzusu deyil. Xərclərə qənaət və işin rasionallaşdırılması məqsədilə diplomatik nümayəndəliklərin fəaliyyətinin mövcud reallığa uyğunlaşdırılması və ya ştat vahidlərinin azaldılması kimi məsələlər nəzərdən keçirilir. O ki qaldı fəxri konsulluqlara, bu, gülüncdür. Xarici siyasət və diplomatiyadan xəbəri olan hər kəs bilir ki, fəxri konsullar özləri öz xərclərini ödəyirlər və dövlət büdcəsindən onların saxlanması üçün heç bir vəsait ayrılmır".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/395185.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR