Rusiyadan gözlənilməz qərar

Rusiyadan gözlənilməz qərar
19:06 4 Yanvar 2016
91 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın “Qazprom” şirkəti Türkmənistandan təbii qaz idxalından imtina edib.

ANS PRESS-in məlumatına görə, bu barədə Türkənistanın "Türkmənqaz” dövlət şirkəti məlumat yayıb.

“Qazprom” bu qərarını beynəlxalq qaz bazarında hazırda mövcud olan qeyri – stabilliklə ilə izah edib. “Türkmənqaz” isə qaz ixracının dayandırılması ilə bağlı məsələni “Qazprom”la müzakirə etməyə hazır olduğunu bildirib.

Rusiya 2008-ci il dünya iqtisadi böhranına qədər türkmən qazının əsas alıcısı idi. Həmin vaxt Türkmənistan Rusiyaya ildə təxminən 50 milyard kubmetr təbii qaz ixrac edirdi. Böhran qaz satışını ildə 10 milyard kubmetrə qədər azaltdı.

2015-ci ildə Türkmənistandan Rusiyaya qaz ixracı 4 milyard kubmetrə qədər endirilib. Öz qazını əsasən Rusiyanın "Qazprom" monopoliyasına satan Türkmənistanın qaz ixracı barədə ambisiyalı planları var.

Bir müddət əvvəl Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Rusiya və Qazaxıstan Xəzəryanı qaz kəmərinin tikintisi ilə əlaqədar üçtərəfli əməkdaşlığı yeniləməyə çağırıb.


Qurbanqulı Berdiməhəmmədov - Türkmənistan prezidenti


Rusiyaya qaz daşıyan kəmərdən başqa hazırda Türkmənistanda Çin qaz kəməri tikilir. Digər 3 kəmər layihəsi isə hələ layihə mərhələsindədir. Bunlar Rusiyaya qaz daşıyacaq Xəzər kəməri, Avropanın layihəsi olan trans-xəzər və türkmən qazını Pakistan və Hindistana nəql edəcək trans-əfqan qaz kəməri layihələridir.


Türkmənistan - Rusiya qaz kəməri


Məlumata görə, Rusiya Türkmənistan qazını ucuz qiymətə alır və özünün hasil etdiyi “mavi yanacağı” Avropaya baha qiymətə satır. Rusiyanın Ukrayna ilə arasında baş verən münaqişədən sonra Avropaya qaz ixracında problemlər yaranıb. ABŞ isə uzun müddətdən sonra Avropaya qaz idxalını bərpa edib. Bu isə Rusiyanın hasil etdiyi qazı bazara çıxara bilməməsi ilə nəticələnə bilər. Belə olan halda Rusiya istər – istəməz türkmən qazından imtina etmək məcburiyyətində qalacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368852

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR